“APOEL” – “Qarabağ” matçının hakimləri kimlər olacaq?

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

Etikxeber.az

 

Read Previous

ABŞ-da qanlı şənbə – 20 NƏFƏR QƏTLƏ YETİRİLDİ – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

“Borussiya” altıncı dəfə Almaniya super kubokunun qalibi oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir