Aprel döyüşləri Şəhidlərindən və Lələtəpə fatehlərindən olan-BAŞ LEYTENANT ZİYA HƏSƏNOVUN ŞƏHİDLİYİNİN 6-CI İLİ TAMAM OLDU – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Bərdənin Aprel döyüşləri Şəhidlərindən olan ali təhsilli, Baş leytenant, bir övlad-qız atası Ziya Niyazi oğlu Həsənovun Şəhidliyinin 6-cı ildönümüdür.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan və Bərdənin Qazıqurdalı (Lək) kəndində yaşayan, 1989-cu il doğumlu Ziya Həsənov Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində qəhrəmancasına Şəhid olub.

Lələtəpə fatehlərindən olan Ziyas Həsənovun nəşi 2016-cı ilin aprel ayının 5-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

İzdihamlı dəfnində minlərlə Bərdəli iştirak edib.

Şəhidliyindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Şəhidliyinin 6-cı ildönümü ilə bağlı bu gün axşam saatlarında Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçirilib.

Mərasimdən öncə, səhər saatlarında isə Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bərdəli Şəhid ailələri, məktəblilər, təhsil işçiləri iştirak ediblər.

Məktəblilər Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

Ziyarət təxminən bir saat çəkib.

18:55

***

Axşam saatlarında keçirilən anım mərasimində isə Şəhidin ruhuna dualar edilib, Allahdan ailəsinə səbr və dözüm arzulanıb.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başğa şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidin adına ehsan verilib.

Ruhu şad, məqamı Uca olsun!

Nur içində yatsın!

19:40

***

FOTOLAR:

20:10

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

36 yeni yoluxma-2 ÖLÜM…

Read Next

Blinken yenidən İlham Əliyevə-ZƏNG GETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir