16 noyabr 2021-ci il Şəhidlərindən olan Natiq Yusif oğlu Əliyevin Şəhidliyindən iki il ötür.
Etikxeber.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycanlı olan Natiq Əliyev 1989-cu ilin 22 may tarixində Gəncə şəhərində dünyaya gəlib.
Ailənin 3 övladından biri olub.
Orta məktəbi bitirdikdən az sonra həqiq hərbi xidmətə yollanıb, Əsgərliyini başa vurduqdan sonra isə evinə dönüb.
2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
2021-cı ilin noyabr ayının 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
16 noyabr tarixində Vətən yolunda canını fəda edən 7 İgidimizdən, Qəhrəmanımızdan biri olub.
Nəşi bir gün sonra, 17 noyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla təltif olunub.
Ailəsi isə Natiq Əliyevin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
O, həm də ailəli, bir övlad atası idi.
Zeynəb adlı qızı Vətənə əmanət qalıb.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az