Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bugünlərdə daha bir Şəhidimizin-Əfsanəvi Xüsusi Təyinatlılarımızdan, “Əfsanəvi tabor”un Şəhidlərindən olan Tərzan Qəhrəman oğlu Haşımovun ocağını ziyarət etdik…
Hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla Tərzan Haşımovun Lerik rayonunun ucqar kəndlərindən birində-Bibiyani (Bibhoni) kəndində yaşayan valideynləri ilə bir araya gəldik…
Qarlı, şaxtalı havada çətin yolları olan, sıldırım qayalarla əhatələnən, ağ örpəyə bürünən Bibiyani kəndində Şəhidimizin ocağına, ailəsinə, Qəhrəman valideynlərinə baş çəkdik…
Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin ruhu şad olsun!”-dedik…
Müqəddəs ruhu qarşısında baş əydiyimizi dilə gətdirik…
Tərzan Haşımov da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumuzu, bir ömür onların borcundan çıxa bilməyəcəyimizi bildirdik…
Şəhidimizin valideynləri ilə təxminən 50 dəqiqə çəkən ziyarətimiz zaman söhbətləşdik, dərdləşdik…
Eyni zamanda, tanınmış iş adamı Mübariz Mənsimovun və “Odlar yurdu” qrupunun adından “Xarıbülbül” simvolunu Şəhidimizin valideynlərinə təqdim etdik…
Onlar da öz növbəsində Mübariz Mənsimova və “Odlar yurdu” qrupuna öz minnətdarlıqlarını ifadə etdilər…
Onu da qeyd edək ki, Tərzan Haşımov 1989-cu ilin aprel ayının 13-də Lerikin Bibiyani kəndində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri olub…
2016-cı ilin Aprel döyüşlərində iştirak edib və yaralanıb…
Amma yenə də hərb yoluna davam edib…
İkinci Vətən Müharibəsinə qatılıb və oktyabr ayında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi Bibiyani kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyində öncən, istərsə də Şəhidliyindən sonra medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
O, həm də ailəli, iki qız atası olub…
Ailəsi hazırda Sumqayıt şəhərində yaşayır…
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





