Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir-MÜDAFİƏ NAZİRLİYİ

2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.

Etikxeber.az

Read Previous

Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb-BAŞ PROKURORLUQ

Read Next

“Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb… Ballıcada yerləşən silah-sursat anbarı məhv edilib…”-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir