Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, ali təhsilli-peşəkar hərbçi, polkovnik-leytenant, iki övladı Vətənə əmanət qalan-SƏDİ MUSAYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sədi Süleyman oğlu Musayevin doğum günüdür.

Sədi Musayevin bu gün 46 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə ailə üzvləri və hərbçilər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Sədi Musayev 1978-ci ilin aprel ayının 1-də Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli rayonunda dünyaya gəlib.

Ailənin beş övladından, dörd qardaşdan biri və evin böyük oğlu olub.

1985-1993-cü illərdə S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib.

Ali təhsili-peşəkar hərbçi olub.

Polkovnik-leytenant hərbi rütbəsini daşıyıb.

Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

İkinci Qarabağ Savaşı zamanı-sentyabrın 28-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra-29 sentyabr tarixində İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bır sıra medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Xətai rayonunda adını daşıyan küçə var.

O, həm də ailəli olub.

İki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tanınmış və sevilən müğənnidən-DİASPOR TƏŞKİLATINA VƏ ONUN RƏHBƏRİNƏ RAMAZAN TƏBRİKİ

Read Next

Ermənistan Azərbaycanla şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir