Aprel döyüşləri şəhidinin xatirə lövhəsi açıldı – FOTO

Aprelin 3-də ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Seymur Qulamhüseyn oğlu Baxışovun Sumqayıtda yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimində şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, tədbirdə şəhid S. Baxışovun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğu diqqətə çatdırılıb. Çıxış edənlər bu gün qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını vurğulayıblar.

Sonra lövhənin üzərindən örtük götürülüb və önünə tər gül dəstələri qoyulub. Tədbir şəhidin məzarı başında davam etdirilib.

Qeyd edək ki, S. Baxışov Sumqayıtdakı şəhidlər xiyabanında dəfn olunub.

Etikxeber.az

 

Read Previous

Nazarbayev Vətəninə qayıtdı

Read Next

Əliyev Nazarbayevi “Heydər Əliyev” ordeni ilə təltif etdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir