Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, 27 yaşını səngərdə qeyd edən, bir medallı, bir övlad atası-QAZİ SƏİD ƏZİZLİ…HAQQI TANINACAQMI, ONA ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ? – FOTOLAR

Bu gün, bir az öncə daha bir Qazimiz, daha bir Vətən sevdalımızla görüşdüm…

Qəhrəman Tərtərin Qəhrəman və Qəhrəmanlar kəndi-Səhləbad kəndindən olan Səid Pərviz oğlu Əzizli ilə…

Səid 1993-cü ilin oktyabrın 27-də adıçəkilən kənddə-sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaşdırlar…

Qardaşı birinci qrup əlildir…

Səid orta məktəbi bitirdikdən sonra, 2011-2013-cü illərdə əsgərlikdə, hərbi xidmətdə olub…

2013-cü ildə hərbi xidmətdən evinə, ailəsinə dönən Səid cəmi bir il sonra-2014-cü ildə yenidən həyatını hərblə, Ordu ilə bağlayıb…

2014-2017-ci illərdə Orduda MAXE kimi fəaliyyət göstərib…

Və 2016-cı ilin Aprel döyüşlərində iştirak edib…

Və Aprel döyüşlərində, Talış kəndi istiqamətində qanlı döyüşlərdən birində ayağının altında mina partlaması nəticəsində ağır yaralanıb…

Gəncə və Bakı hospitallarında müalicə alib 4 aya yaxın müddət ərzində…

Sonra həmin vəziyyətdə Orduya, qulluğuna, hərbi hissəsinə qayıdıb…

Həmin vaxt, yəni, Bakıda hospitalda müalicə olunduqdan sonra Səidə əlillik dərəcəsi verilmək istənilsə də, razılaşmayıb, imtina edib, Orduya, hərbi hissəsinə qayıtmağı üstün tutub…

2017-ci ilin sonlarına yaxın isə müqavilə müddəti bitdiyi üçün Ordudan ayrılıb, təxris olunub…

Sonra, 2017-2020-ci illərdə özünü, ailəsini dolandırmaq üçün müxtəlif sahələrdə çalışıb…

Ailə həyatı qurub, bir oğlu dünyaya gəlib…

Və 2020-ci ilin 21 sentyabr tarixində səhhətində problemlər, həm də müharibə veteranı olmasına baxmayaraq, könüllü şəkildə səfərbərliyə yazılıb…

Və İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, yenə Tərtər-Ağdrərə, Talış-Suqovuşan istiqamətlərində…

Dəfələrlə ölümlərdən dönüb, eyni zamanda, oktyabrın 27-də 27 yaşını Suqovuşanda, səngərdə qeyd edib…

İkinci Vətən Müharibəsindən sonra, daha doğrusu, 2020-ci ilin dekabr ayının axırlarında təxris olunaraq, yenidən ailəsinə, evinə dönüb…

Ali Baş Komandan tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub…

Hazırda işsizdir, ailəsini dolandırmaq üçün, sadəcə, sürücülük edir…

Və qeyd etdiyim kimi, bir az öncə Bərdə rayonunda Səidlə və məni onunla tanış edən daha bir Vətən sevdalısı, fədakar insan Seyid Şamxalla görüşdüm…

Bir xeyli söhbətləşdim…

Səid istəyir ki, ona Haqqı olan əlillik dərəcəsi verilsin…

Qeyd edir ki, bununla bağlı müraciətlərinə iki dəfə “imtina” cavabı gəlib…

“O vaxt mənə əlillik dərəcəsi vermək istəyirdilər, razılaşmadım, etiraz etdim, çünki hərbçi-MAXE kimi fəaliyyətimi davam etdirməki istəyirdim…Sonra İkinci Vətən Müharibəsində iştirak etdim və səhhətimdəki, ayağımdakı problemlər məni yenidən incitməyə başladı və hələ də davam etməkdədir…Ona görə istəyirəm ki, mənə əlillik dərəcəsi verilsin”-deyə, sözlərinə əlavə edir…

Bəli, söz, qərar artıq müvafiq qurumlarındır…

Səidin Haqqı nəhayət, tanınmalı və ona qanuni əlillik dərəcəsi verilməlidir…

İnanmaq və ümid etmək istərdik ki, belə də olacaq, Qazimiz Haqqını alacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiyanın Qərbi Ukraynada yeni “xalq respublikaları” yaratmaq planlarının-ÜSTÜ AÇILDI

Read Next

Daha 374 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir