Aprel və İyul döyüşlərinin, İkinci Vətən Müharibəsinin Dastan yazan Oğullarından biri-DEVRAN FAZİL OĞLU NAİBOV…ŞƏHİDİMİZƏ HAQQ ETDİYİ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADI VERİLƏCƏKMİ? – FOTOLAR

Devran Fazil oğlu Naibov…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin, həm də Aprel və İyul-Tovuz döyüşlərinin Dastan yazan İgidlərindən, Qəhrəmanlarından biri…

İkinci Vətən Müharibəsi zamanı böyük igidliklər, böyük qəhrəmanlıqlar nümayiş etdirib, canını Vətən, Torpaq, Qarabağ uğrunda fəda edən, Şəhidlik məqamına yüksələn Vətən sevdalısı…

Bərdədə Şəhid ailələrini növbəti ziyarətimiz zamanı Azərbaycanımızın fəxri olan İgidlərimizdən, Qəhrəmanlarımızdan, İkinci Vətən Müharibəsi Şəhidlərimizdən Devran Fazil oğlu Naibovgilə, Şəhidimizin ailəsinə baş çəkməyə gedirik…

1993-cü ilin noyabrın 29-da Bərdədə dünyaya gələn Devran ailənin ikinci övladı olub…Özündən böyük qardaşı Rüstəm və özündən kiçik bacısı və qardaşı-9-cu sinif şagirdi Elzamin olub…

Devranın atası Fazil kişi Bərdəli, anası Xuraman xanım isə Naftalanlıdır…

Yaşadıqları evə də yeni, 2019-cu ildə köçüblər… Yeni evlərinə köçdükdən az sonra isə bacısı ailə həyatı qurub, gəlin köçüb…

Özü də, böyük qardaşı da subay olub…

Peşəkar hərbçi-kiçik gizir olan Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub…

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub…

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə, ön sıralarda olub… Döyüşüb, vuruşub, bir daha ad-san qazanıb…

Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olaraq, Şəhidlik Zirvəsinə yüksəlib…

Oktyabrın 8-də Şəhid olan İgidimiz Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfidən 4 medalla təltif olunub…

Vətən Müharibəsi Qəhrəmanı adına da layiq görülməsi gözlənilir…Haqqıdır, Haqq etdiyini də almalıdır və inşallah, alacaq!

Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanımın dediklərindən:

“Heç şübhəsiz ki, Şəhidlərimizin hər biri Qəhrəmandır, İgiddir…Hər birinin Qələbəmizdə, Zəfərimizdə öz yeri, öz əməyi, öz xidməti var…Amma tam məsuliyətimlə deyirəm ki, Şəhidlərimiz, İgidlərimiz arasında Devranın yeri başqadır…O elə igidliklər, elə qəhrəmanlıqlar göstərib ki, ifadə etməyə sözlər belə yetmir, yetməz…Yəni, Devran belə bir İgidimiz, belə bir Qəhrəmanımız olub…”.

Devran axırıncı dəfə Şəhidliyindən 3 gün öncə anası, əslən Naftalanlı Xuraman xanımla, Xuraman ana ilə əlaqə saxlayıb…

Sonra onunla əlaqə saxlamaq, ondan xəbər almaq mümkün olmayıb və daha sonra Şəhidliyi xəbəri gəlib…

Şəhidimizin ailə üzvləri bir qədər də söhbətləşdikdən sonra bir daha başsağlığı diləklərimizi çatdırıraq, onlardan ayrılırıq…

Allah Şəhidimizin məzarını behiştlik etsin, məqamı Ucalardan uca olsun!

Fəxrimiz, Qürurumuz, baş tacımızdır!

Müqəddəs ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

19.05.2021, Bərdə

Etikxeber.az

Read Previous

Məzarının üstü hələ də götürülməyən Şəhidimiz-Calal Calalzadə…MUSTAFAAĞALI, YOXSA CALALLI? – FOTOLAR

Read Next

Nəşi tapılan daha iki hərbi qulluqçu ilə bağlı-MƏLUMAT YAYILDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir