Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat yekunlaşır – DİM

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən Etikxeber.az-a bildiriblər ki, sınaq imtahanları bir növbə üzrə keçirilir və saat 11.00-da başlanır. Sınaq imtahanına qeydiyyat aprelin 10-u saat 10.00-dək aparılacaq.

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilib.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə etməklə sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat isə aprelin 24-dək saat 10.00-dək aparılacaq.

Etikxeber.az

Read Previous

Rəsmilər hansı seçki məntəqəsində səs verəcək? – APRELİN 11-DƏ

Read Next

Seçkilərə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı – MSK SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir