Aprelin 21-də dünyaya gəldi, dekabrın 21-də torpağa tapşırıldı…NƏŞİ 2 AY 19 GÜNDƏN SONRA TAPILAN ŞƏHİDİMİZ-UCARLI NAMİQ QARAKİŞİ OĞLU QARAYEV… – FOTOLAR

Namiq Qarakişi oğlu Qarayev…

Azərbaycanın, Ucarın İkinci Vətən Müharibəsi Qəhrəmanlarından və Şəhidlərindən biri…

Daha bir Vətən sevdalısı, daha bir Nur üzlü Şəhidimiz…

Namiq Qarayev 1979-cu ilin aprelin 21-də Ucar rayonunun Qazıqumlaq kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailədə 4 qardaş, 3 bacı olublar…

Bacılarından biri bir neçə il öncə dünyasını dəyişib…

1985-1996-ci illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbdə oxuyub…

1997-1999-cu illərdə Azərbaycan Ordusunun Əsgəri olaraq Gədəbəy rayonunda xidmət edib…

Atası Qarakişi Qarayev 28 sentyabr 2002-ci ildə vəfat etdikdən sonra Yevlax Dəmir yolu stansiyasında atasının yerinə işə götürülüb və orada işləyib…

18 oktyabr 2001-ci ildə həmkəndlisi Günel xanımla ailə qurub və 11 avqust 2002-ci il tarixində qız övladı-Şəlaləsi dünyaya gəlib…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 17 iyul 2017-ci ildə Şəmkir korpusunda MAXE kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərdə olub, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib…

MAXE-hərbçi yoldaşı və can dostu-Ağdaşlı Əkbər Məsimov gözləri önündə Şəhid olub…

Əkbərin Şəhidliyi xəbərini isə ilk olaraq anası Şərqiyyə xanıma deyib…

Ailəsi ilə də axırıncı dəfə sentyabrın 30-da, Şəhidliyindən iki gün öncə danışıb…

Oktyabrın 2-də isə özü qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Amma nəşini uzun müddət tapmaq mümkün olmayıb…

Yalnız 2 ay 19 gündən sonra, dekabr ayının 21-də nəşini əldə etmək mümkün olub və elə həmin gün Qazıqumlaq kənd qəbiristanlığında da torpağa tapşırılıb…

Namiq həm də Qazıqumlaqın ilk və yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…

Ölümündən sonra isə bir neçə medalla təltif olunub…

***

Şəhidimizin ailə üzvləri-Nur, mələk simalı anası Şərqiyyə xanım, həyat yoldaşı Günel xanım və tək qızı, Vətənə əmanət qalan tək övladı Şəlalə ilə dünən, 5 oktyabr tarixində Şəhid Əkbər Məsimovun Cənnətdəki ilk ad günü ilə bağlı Ağdaşın Qaradeyin kəndində keçirilən mərasimdə tanış oldum…

Çox sadə, çox sakit, çox mehriban insanlardır Şəhidimizin ailə üzvləri…

Onlara Şəhidimizlə bağlı başsağlığı verdim, Allahdan səbr dilədim, “Cəmi Şəhidlərimizin, içində də Namiqin məkanı cənnətlik olsun, ruhu qarşısında baş əyirəm!”-deyə, bildirdim…

Bir xeyli söhbətləşdim, dərdləşdim…

Və söz verdim ki, dekabrın 21-də Şəhidimizin Anım mərasimində mütləq iştirak edəcəyəm…

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə, əzizlərinə, doğmalarına səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Bakı-Ağdaş-Bakı

Etikxeber.az

Read Previous

Daha 1009 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

Prezident Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarını-TƏLTİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir