Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məlum olduğu kimi, martın 30-da 6-cı çağırış Milli Məclisin (MM) növbəti-4-cü plenar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, MM-in Daxili Nizamnaməsinə əsasən, 5-ci iclasdan gec olmayaraq, parlamentdə hökumətin növbəti illik hesabatı dinlənilməlidir.
Yəni, aprel ayında keçiriləcək ilk iclas hökumətin hesabatı ilə bağlı olmalıdır.
Bəs görəsən, gələn həftə-aprelin 3-də MM-də hökumətin hesabatı dinləniləcəkmi, Əli Əsədov Baş nazir kimi, ilk dəfə parlamentarilər qarşısında hesabatını verə biləcəkmi?
MM-dən əldə etdiyimiz məlumata görə, hələlik 5-ci iclasın-hökumətin hesabatının dəqiq vaxtı bilinmir.
“Günlə, tarixlə bağlı indidən hələ dəqiq heç nə demək mümkün deyil. Bu, qarşıdakı günlərdə baş verəcəklərdən acılı olacaq. Amma bununla belə, hesabat mütləq olacaq, artıq hesabat məruzəsi də parlamentdə daxil olub”-deyə, sonra bildirilib.

Etikxeber.az





