Apteklərdə qrip əleyhinə peyvəndlər satılacaq

Tezliklə İspaniya apteklərində qrip əleyhinə peyvəndlər satılacaq.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, adət edilən inyeksiya şəkilli peyvəndlərin yerinə satılacaq preparatlar buruna sıxılan sprey şəklində olacaq. Bu peyvəndlər 2-18 yaş arası uşaq və yeniyetmələri qripin A və B növlərindən qoruyacaq və keyfiyyət baxımından inyeksiya formalılardan geri qalmır.

Bu preparatdan Kanada, İsrail, Böyük Britaniya, Almaniya, İsveç və Norveçdə artıq geniş istifadə olunur. Tətbiq edildiyi uşaqlarda qripə yoluxma hallarının sayı isə kəskin azalıb. İspaniyanın Səhiyyə Nazirliyinin rəsmi açıqlamalarında da bildirlir ki, qrip əleyhinə peyvəndə ehtiyacı olanların sayı son 10 ildə 67,5 faizdən 56,1 faizə düşüb.

Etikxeber.az

Read Previous

77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Read Next

Məmmədyarov: “Terrorun bütün forma və təzahürlərini pisləyirik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir