Aqrar sektorla bağlı yeni-TV FƏALİYYƏTƏ BAŞLAYIR – FOTOLAR

Azərbaycanın aqrar sektorunu yaxından tədqiq edib yenilikləri, problemləri ictimai müzakirəyə çıxaran “AgroPlarform TV” layihəsi icra olunmağa başlayıb.

Etikxeber.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə aqrar sahənin dayanıqlı və davamlı inkişafına, qabaqcıl beynəlxalq təcrübələrin bu sahədəki istehsalçılar arasında maarifləndirmə işlərinə töhfə vermək, beynəlxalq təsisatlar, dövlətin aidiyyatı qurum və təşkilatları arasında əməkdaşlıqda körpü rolunu oynamaq və real sektorun inkişafında əlavə dəyərin yaradılmasına dəstək olmaqdır.

 “AgroPlatform TV”nin peşəkarlardan ibarət komandasının ərsəyə gətirəcəyi bir-birindən maraqlı verilişlər aqrar istehsalçılar, bu sahəyə investisiya yatırmaq istəyən sahibkarlar üçün informasiya və maarifləndirmə bazası rolunu oynayacaq. “AgroPlatform TV”nin rəhbəri, uzun illər bu sahədə çalışmış biznes ekspert Elnur İslamov bildirir ki, əsas məqsəd Azərbaycanda aqrar sahəyə olan marağı artırmaqdır: “Müxtəlif ölkələrdə bu cür tv layihələr həyata keçirilir.

Götürək elə qardaş Türkiyəni. Ali təhsilimi bu ölkədə almışam, biznesin və idarəçiliyin sirlərinə burda yiyələnmişəm. Avropa bazarları üçün ən çox aqrar məhsullar istehsal və ixrac edən Türkiyənin uğurlu təcrübələrini öyrənmək üçün artıq ilk hazırlıq işləri görülüb. Qardaş Türkiyənin aqrar mühəndislər palataları (ziraat mühendisler odaları), sənaye palataları (sanayi odaları) və innovativ mühəndislik şirkətləri ilə ilkin danışıqlarımız müsbət keçib.

Həmçinin dost İsrail dövlətinin ölkəmizdəki işgüzar dairələri ilə aqrar sahələrdəki təcrübələrin öyrənilməsi istiqamətində də tədbirlər görülür. Hal-hazırda birgə dəstək proqramları üzərində çalışmalarımız başlayıb və uğurla davam edir. Aqrar sektorla bağlı məlumatların zənginliyi və əlçatanlığı bölgələrdə yaşayan və çalışan insanların işlə təminatına, yəni məşğulluğun artmasına böyük dəstək olur, ölkənin kənd təsərrüfatı mallarının istehsalının artmasına, həmçinin idxalından asılılığının azalmasına birbaşa təsir edir”.

Hələlik youtube kanalı olaraq fəaliyyətə başlamış tv yaxın vaxtlarda yerli televiziya kanallarının birində daha geniş auditoriya qarşısına çıxacaq.

Etikxeber.az

Read Previous

Təhsil Nazirliyinin tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin hamısı publik hüquqi şəxs-STATUSU ALDI

Read Next

Ailənin 4 övladından biri, 5 medallı, peşəkar hərbçi, Kicik gizir, XTQ-çı-DEVRAN NAİBOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir