“Arəstə xanım kimi vətəncanlı hərbi tibb qulluqçusuları ilə hər zaman qürur duyacağıq!”-MM-İN KOMİTƏ SƏDRİ ŞƏHİD ANASI İLƏ GÖRÜŞDÜ…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin yeganə qadın hərbçi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu – hərbi tibb qulluqçusu Arəstə Baxışovanın anası Məktubə Cəbrayıl qızı Baxışova ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri şəhidin övladlarının təhsili, ümumən ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

O, deyib:

“İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Arəstə Kərim qızı Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə çalışıb.

Hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları vaxtı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Arəstə xanım kimi vətəncanlı hərbi tibb qulluqçusuları ilə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, belə vətənpərvər övlad böyütdüyünüz üçün təşəkkürümüzü bildirir, ən xoş diləklərimizi yetirirk”!

Sonra Şəhid hərbi tibb qulluqçusunun anasına Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Etikxeber.az

Read Previous

3 gün ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

Nurlana Əliyeva və Seymur Orucov-KİMLƏRLƏ ƏVƏZLƏNƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir