Xalq artisti Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Arif Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Prezidentin digər Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.
Sərəncama əsasən, Məleykə Abbaszadə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, ordenlə təltif olunub.
Etikxeber.az