Arif Hacılı yenidən namizəd oldu, İsa Qəmbər – BAŞQANLIĞA NAMİZƏDLƏRİN DEBATINDAN YAZDI

Hürriyyət və İstiqlal bayraqdarı Müsavat Partiyası Azərbaycanımızda demokratiyanın bərqərar olması naminə növbəti addım atacaq. Bir sıra internet tv kanalları və jurnalistlər partiyamızın başqanlığına namizədlərə debat təklifi və dəvəti ilə müraciət edirdilər. Bu gün Müsavat Partiyasının IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) növbəti toplantısı keçirildi. İctimaiyyətin və jurnalistlərin Müsavat Qurultayına böyük marağını nəzərə alan QHTK oktyabrın 9-da saat 15:00-da Müsavat başqanlığına namizədlər arasında debat təşkil etməklə bağlı qərar qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu haqda “Müsavat”ın eks başqanı, keçmş spiker İsa Qəmbər deyib.

O, qeyd edob ki, debat Müsavat Partiyasının qərargahında keçiriləcək:

“Debat təklif edən bütün tv kanalları və mövzunu işıqlandırmaq istəyən bütün jurnalistləri bu tədbirə dəvət edirik. Əlbəttə, indiyə qədər də Azərbaycanda müxtəlif formatlı debatlar olub. Amma ilk dəfədir ki, bir partiyanın daxili seçkilərində bütün tv və jurnalistlərin iştirakı ilə debat keçiriləcək.

Yalnız müsavatçıların səs verəcəyi, lakin geniş ictimaiyyəti maraqlandıran başqan seçkilərində Müsavat Partiyası azad və ədalətli seçki istiqamətində növbəti addımlar atmaq niyyətindədir. Bu debat da Azərbaycanın demokratiya tarixində bir ilk olacaq…”.

“Müsavat Partiyası başqanlığına namizədliyimi irəli sürdüm”.

arif hacılı

Bunu isə “Müsavat”ın indiki başqanı Arif Hacılı deyib.

“Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir.
Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV lər vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq. Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq. Müsavat Partiyası və Azərbaycanımız üçün xeyirli-uğurlu olsun…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Vəsiqimi girov qoymağım barədə məlumatlar yanlışdır” – İSTEFA VERƏN DEPUTAT DANIŞDI – FOTO

Read Next

“Nazirlər Komitəsi Ermənistanı Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsini tələb edibmi?” – RAFAEL HÜSEYNOVDAN TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir