Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan və Araik Arutyunyan-SAXLANILDI – YENİLƏNİB

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Etikxeber.az xəbər verir ki, həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra üçtərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.

Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib. 

Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.

Onu da qeyd edək ki, 44 günlük müharibədən əvvəl Qukasyan “Bakı bizim ordumuz barədə yaxşı təsəvvürə malikdir və müharibə olacağı təqdirdə Azərbaycan yeni ərazilər itirəcək” – deyə iddia etmişdi.

***

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

Hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Etikxeber.az

Read Previous

“Toyumuzdan cəmi aylar öncə, 2019-cu ilin əvvəllərində Şəhidlərimizlə bağlı kitab yazmışdım öz vəsaitim hesabına…Sən demə, öz taleyimi yazırmışam, özümü hazırlayırmışam başıma gələcəklərə…”- BU GÜN ANIM GÜNÜ OLAN ŞƏHİD ELVİN İSMAYILOVUN HƏYAT YOLDAŞI ŞƏHLA MİRZƏYEVA – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha bir Vətən sevdalısı, daha bir İkinci Vətən Müharibəsi iştirakçısı ailə həyatı qurdu-ŞƏHİD AİLƏLƏRİNİN, QAZİLƏRİN İŞTİRAKI İLƏ “ÇIRAQ PALACE”-DƏ GÖZƏL BİR TOY MƏCLİSİ DÜZƏNLƏNDİ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir