Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Daşkənddəki “Kitab aləmi” Satış və İnformasiya Mərkəzində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası özbək dilində nümayiş etdirilib.
Etikxeber.az xəbər verir ki, operetta “Özbəkteatr” yaradıcılıq mərkəzi və Daşkənddəki “Diydor” teatr studiyası tərəfindən səhnələşdirilib. Tamaşanın rejissoru Baxadır Yuldaşevdir.
Mərkəzin direktoru Şuxratcon Axundcanov Özbəkistanda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu qeyd edib. Bildirib ki, məhz bu səbəbdən də həyata keçirdikləri layihəyə ilk dəfə məşhur “Arşın mal alan” əsəri ilə başlanılıb. O, gələcəkdə də Azərbaycan və özbək mədəniyyətinin təbliği ilə bağlı AMM ilə birgə layihələr həyata keçirəcəklərini söyləyib.
Sonra gənc və istedadlı aktyorların ifasında “Arşın mal alan” operettası nümayiş etdirilib və tamaşaçıların alqışları ilə qarşılanıb.
Etikxeber.az