“Artıq 50-dək dairədən sənədlərimizi DSK-lara təqdim etmişik” – “MÜSAVAT”DAN AÇIQLAMA

Səlahiyyətli nümayəndəmiz Fəridə Ələskərli namizədliyimin təsdiqi üçün toplanmış imzaları və lazım olan digər sənədləri 15 saylı Yasamal Dairə Seçki Komissiyasına (DSK) təqdim etdi. Artıq 50-dək dairədən sənədlərimizi DSK-lara təqdim etmişik.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Namizədlərimizin qeydə alınması həftəsi başlayır. Xeyirli, uğurlu olsun”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, “Müsavatçı”lardan hələlik ikisinin-Məclis sədri Nüşabə Sadıxlı və eks-deputat İkram İsrafilin namizədliyi qeyd alınıb.

N. Sadıxlı, Bakıdan- Xətaidən, İ. İsrafil isə Sumqayıtdan seçkilərə qatılıb.

Onu da qeyd edək ki, 15 saylı seçki dairəsində A. Hacılının rəqibləri arasında 3 dəfə millət vəkili olan və 4-cü dəfə seçkilərə qatılan Ülvi Quliyev və digərləri var.

Etikxeber.az

Read Previous

123 YAP-çının hamısının-NAMİZƏDLİYİ QEYDƏ ALINDI – RƏSMİ

Read Next

Aytən Mustafazadə də seçkiyə getmədi-KƏNARDA QALAN BİTƏRƏFLƏRİN SAYI 10-A ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir