“Artıq ali məktəblərə qəbul qaydaları dəyişməlidir…”-MUSA QASIMLI – FƏZAİL AĞAMALI VƏ QƏNİRƏ PAŞAYEVA DA TƏHSİLLƏ BAĞLI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİLƏR – YENİLƏNİB – (1)

Bu təkcə dövlət qayğısı deyil, həm də böyük maliyyə yüküdür ki, bunu dövlətimiz təmin edir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) payız sessiyasının ilkplenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, artıq ali məktəblərə qəbul qaydaları dəyişməlidir:

“Orta məktəbi bitirəndə verilən imtahanlarla ali məktəblərə qəbul həyata keçirilməlidir. Biz tədricən bu sistemə keçməliyik. Təhsil sistemimizdə keyfiyyətə xüsusi diqqət yetirməliyik ki, şagirdlər repititor yanına getməsin. Kəndl yerlərindən buna görə çoxsaylı müraciətlər gəlir. İnsanların imkanı yoxdur. Biz təhsilə keyfiyyət gətirməliyik. Təhsil bizim millətimizin gələcəyidir”.

***

MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə qeyd edib ki, bu günə qədər valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara I Vitse-prezident Mehiban Əliyeva tərəfindən qayğı göstərilirdi:

“Uşaqlar övladlığa götürüləndən sonra da onlara vəsait ödəniləcək. Bu, çox humanist addımdır. 2021-ci ilin büdcə layihəsi bu yaxınlarda Milli Məclisə gələcək. Hökumət üzvlərindən xahiş edirəm ki, cəbhə xəttində yaşayan ailələrin uşaqlarına da xüsusi imtiyazlar verilsin. Cənab Prezidentin də ön cəbhə kəndlərində olan problemlərin araşdırılması və aşkara çıxarılması ilə bağlı tapşırığı var idi. Düşünürəm ki, bu addımlardan biri kimi ön cəbhədə yerləşən kəndlərdən olan və ödənişli təhsil alan uşaqların təhsil haqqının dövlət tərəfidən ödənilməsi məsələsinə baxılsın. Bu kəndlərdə yaşayanlar üçün güzəştlər, xüsusilə kommunal güzəştlərin edilməsi də mümkündür. İkinci məsələ Qarabağ əlilləri ilə bağlıdıır. Torpaqlarımız uğrunda sağlamlığını itirmiş bütün qruplar üzrə əlillərin uşaqlarına da bu imtiyazlar verilməlidir. Bunu hökumət üzvlərimizdən xahiş edirik”.

***

“Təhsil sisteminin rəhbərliyinə keçid dövründə elə adamlar qoydular ki, bu sahənin inkişafdan geri qalmasına gətirib çıxardı”.

Bunu da deputat Fəzail Ağamalı deyib.

O, bildirib ki, 1-ci sinfə uşaqlar sorğu-sualsız qəbul olunmalıdır:

“Məcburi köçkün məktəblərinə bir çox halda orada yaşayan vətəndaşların qəbul olunmasına şərait yaradılmır. Bakıda yaxud fərqli şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində məcburi köçkün olmayanların da uşaqları təhsil ala bilməlidir. Eyni zamanda vətəndaş nikahından dünyaya gələn uşaqların da sayı çoxdur. Məlumdur ki, bu uşaqlar ata himayəsindən məhrumdur. Çox vaxt bu uşaqların anası işsiz olur. Bu uşaqlara da hansısa imtiyazlar tanınmalıdr”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Erməni təxribatı nəticəsində 14 mülki şəxs ölüb-46 NƏFƏR XƏSARƏT ALIB – RƏSMİ

Read Next

“Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün”-Prezident – İham Əliyevlə Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan-YARALI HƏRBÇİLƏRLƏ GÖRÜŞÜBLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir