“Artıq Azərbaycanın İsraildə səfirliyi açılmalıdır”-FƏZAİL AĞAMALI MM-DƏ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ…

Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Azərbaycanın İsraildə səfirliyinin açılması təklifi ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu təkliflə MM-in payız sessiyasının ilk plenar iclasında çıxış edib.

Qeyd edib ki, İsrail dövləti hər zaman Azərbaycana səmimi, dost münasibəti ilə seçilib və bu, son zamanlar daha da güclənib.

“Bu gün İsrailin Azərbaycanda səfirliyi göstərir. Artıq Azərbaycanın da İsraildə səfirliyinin açılmasına və fəaliyyət göstərməsinə ciddi ehtiyac var. Sahibə xanım, çox xahiş edərdim ki, Siz də bu məsələni daha yüksək səviyyədə diqqətə çatdırasınız və bu məsələnin həllinə kömək olasınız”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Musa Quliyev energetik içkilərin-SATIŞINA QADAĞA QOYULMASINI TƏKLİF ETDİ…

Read Next

“Artıq Azərbaycanın İsraildə səfirliyi açılmalıdır”-FƏZAİL AĞAMALI MM-DƏ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir