Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vergilər naziri aparılan tədbirlərin nəticə verməməsindən şikayətləndi
Kölgə iqtisadiyyatında çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir.
Etikxeber.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə (MM) Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxışında qeyd edib. Onun sözlərinə görə,yeni dəyişikliklər 100 milyon insanın pensiya sistemindən yararlanmasına xidmət edəcək:
“Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır. Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”.
***
Fazil Mustafadan etriaz: Bakı məhəllələr şərəhinə dönüb
“Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir”.
Bu təkliflə isə Məcəllənin müzakirəsində deputat Fazil Mustafa çıxış edib.
Millət vəkili qeyd edib ki, artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir:
“Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və. s məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir. Həmçinin bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az