Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Uşaqlarımıza İİV-dən qorunmagın yollarını öyrədək”
“Yeniyetmələr və şagirdlər arasında açıq dərslərin keçirilməsi, daha interaktiv şəkildə ünsiyyətin qurulması, «səhiyyə günü» mövzusunda görüşlərin təşkili və ən əsası – valideynlərin bu proseslərə cəlb olunması vacibdir. İndiyə qədər aparılan təbligat işlərində fokus qrup olaraq yalnız şagirdlər diqqətdə idisə, artıq bu auditoriyaya valideynləri də cəlb etməyin zamanıdır”.
Etikxeber.az xəbər verir ki, “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihə rəhbəri Zülfiyyə Mustafayeva Binə qəsəbəsi 121 nömrəli orta məktəbdə keçirilən görüşü bu fikirlərlə başladı.
Layihə rəhbəri bildirdi ki, yeniyetmələr adətən, ya informasiya teхnologiyaları vasitəsilə, ya da ailədəki böyük qohumlar – dayı, əmi yardımı ilə ona lazım olan məlumatı əldə etməyə çalışır. Bu metodların heç biri onlar arasında İİV-in mükəmməl profiliktikasının aparıldığını deməyə əsas verə bilməz:
“Keyfiyyətli və mükəmməl profilaktik tədbirlərin aparılması təkcə ona görə vacib deyil ki, biz gələcək nəslə İİV-ə yoluхma yolları barədə sadəcə məlumat verək və onların bu sahədəki biliklərini artıraq. Bizim ictimai dəstəyimiz sayəsində yeniyetmələr həmçinin özlərini İİV-dən necə qorunmağın yollarını öyrənəcəklər”.
Qeyd edək ki, “İİV-dən özünü qoru!” devizi ilə məktəblilər arasında İİV virusuna yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilir.
Avqustun 29-də Binə qəsəbəsi 121 nömrəli məktəbdə yeniyetmələr , onların valideynləri, və müəllimlərin iştirakı ilə keçirlən görüşdə layihə rəhbəri dəstək üçün Şuraya təşəkkürünü bildirdi. Tədbirdə Xəzər rayon gənclər və idman idarəsinin rəhbərliyi, həmçinin layihənin ekspertləri iştirak etdi. Layihənin Bakı şəhərində məktəblilər, yeniyetmələr arasında insanın immumçatışmazlıgı virusunun (İİV) yaratdıgı həyati təhlükələrə, bu viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək vermək, valideynlərin ictimai savadlılıq səviyyəsini yüksəltməyə yardım etmək məqsədi daşıyır.
Layihənin eksperti Rəşad Rəhimovun sözlərinə görə, onlar yeniyetmələrə, gənclərə yönəlik tədbirlərə çox əhəmiyyət verirlər: “Bizim rayona aid olan kənd və qəsəbələrdə narkomaniyanın yayılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirilir. İİV probleminin də yayıldıgı həssas qruplardan biri məhz narkotik istifadəçiləridir”. Layihənin digər eksperti Samirə Vəliyeva isə İİV virusuna yoluxma və qorunmaq yolları barədə ətraflı məlumat verib.
Sonda layihə rəhbəri və ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Layihə üzrə tədbirlər davam etdirilir.
Etikxeber.az