Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev avqustun 26-da seçicilərlə daha bir izdihamlı görüş keçirib.
Etikxeber.az xəbər verir ki, bu barədə Azay Quliyevin Seçki Qərargahından bildirilib.
Qeyd olunub ki, Bakı Tennis Akademiyasının həyətində baş tutan görüş ənənəvi olaraq Dövlət himninin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan Azay Quliyevin səlahiyyətli nümayəndəsi Səlim Səlimov bildirib ki, bu həftə seçki kampaniyası artıq başa çatır:
“Cəmi 5 gün sonra həlledici mərhələ – səsvermə günüdür. Biz kampaniya ərzində əmin olduq ki, 8 saylı dairənin seçicilərinin əksəriyyəti Azay Quliyevə səs verəcək. Bunu keçirdiyimiz həm fərdi, həm də kütləvi görüşlərdə vətəndaşların səmimi münasibətindən və nümayiş etdirdikləri dəstəkdən görmək mümkündür. Biz seçki kampaniyası dövründə ona da təkrar əmin olduq ki, seçici üçün bir vacib amil var – deputat daim əlçatan olmalı, problemlərin həllinə yardım etməlidir. Azay müəllim zatən bunu edib və indi rahat şəkildə seçicinin qarşısına çıxa bilir. 1 sentyabrdan sonra o, yenidən millət vəkiliniz kimi sizi ən yüksək şəkildə təmsil edəcək. Siz də buna əmin ola bilərsiniz”.
Sonra söz Azay Quliyevə verilib.
O, deyib ki, bu gün biz seçicilərimizlə 9-cu kütləvi görüşümüzü keçirdirik:
“Yenə də seçicilərimiz sağ olsunlar, yüksək fəallıq nümayiş etdirirlər. Bundan başqa, obyektiv səbəbdən görüşlərdə iştirak edə bilməyən onlarla seçicimiz hər gün Seçki Qərargahımıza gələrək bizə dəstəklərini ifadə edirlər. Mən çox şadam ki, bütün görüşlərdə seçicilər son 4 ildə görülən işlərə yüksək qiymət verirlər. Əslində, bu qədər insanı hər dəfə bizimlə görüşə gətirən məhz bu səbəbdir. 8 saylı Binəqədi birinci seçki dairəsində artıq bütün mənzərə həm bizə, həm də seçicilərə tamamilə aydındır. Qalır 1 sentyabrda son sözü demək”.
Etikxeber.az