Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Çində virusa yoluxanlar 20438, ağır yoluxanlar 2788, şübhəli hallar 23214 nəfərdir. 425 nəfər həlak olub. Artıq 632 nəfər müalicə olunaraq evə buraxılıb.
Etikxeber.az xəbər verir ki, bu sözləri Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili Li Cin Sung deyib.
Onun sözlərinə görə, virusun yayılması ölkədə təşkil olunan Bahar festivalı ilə üst-üstə düşüb.
“Bu festivalın isə əhəmiyyəti çox böyükdür”– deyən cənab Sung əlavə edib ki, buna baxmayaraq proseslər müsbətə doğru gedir. Artıq epidemiyanın qarşısını almaq mümkündür.
Diplomat bildirib ki, hazırda Uxan və digər bölgələrdə çoxtərəfli nəzarət sistemi yaradılıb:
“Bu günlərdə Bakı Dövlət Universitetinin bir tələbəsi xəstəxanada olub. O, Çində oxuyurdu, amma Uxandan çox uzaqda yerləşən şəhərdə qalırdı. Ona görə də virusa yoluxma faktı qeydə alınmadı” deyən diplomat onu da bildirib ki, Çində Uxan şəhərini məlum epidemiyadan xilas etmək üçün dövlət ciddi səfərbər olunub. Hətta 23 yanvardan şəhərə uçuşlar dayandırılıb, bir neçə gün sonra isə uçuşlar yasaqlanıb. Artıq bu şəhərə 6 min taksi xüsusi formada xidmət edir”.
***
Azərbaycan Prezidenti İlham Əliyev Cində aparilan surətli tədbirləri alqışlaylb
“Hazırda Çinin epidemiyaya qarşı gördüyü tədbirlər dünya ölkələri arasında ən sürətli qabaqlayıcı tədbirdir”.
Bu sözləri də Li Cin Sung deyib.
O, bildirib ki, bununla yanaşı Çin xarici ölkələrlə sıx əməkdaşlıq edir.
“Bir neçə gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Uxanda olublar. Onlar Çin dövlətinin epidemiyanın qarşısını almaq üçün gördüyü tədbirləri yüksək qiymətləndirib”– deyən diplomat əlavə edib ki, ÜST dünyanın hər yerindən olan insanların Çinə səfər etməsinə qadağa qoyulmasına qarşı çıxıb:
“Çin hökuməti xarici ölkələrlə epidemiyaya qarşı mübarizə məsələsində əməkdaşlığa hazırdır. Çin ÜST-ə, Honkonqa, Tayvana və sair ölkələrə dərhal epidemiya haqda məlumat verib. Yanvarın 28-də Çin rəhbəri ÜST rəhbəri ilə görüşüb və elliklə epidemiyaya qarşı mübarizə aparılmalı olduğunu bildirib”.
O, epidemiyaya qarşı mübarizə məsələsində Çinin güclü dövlət və hökuməti olduğunu deyib.
“Fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev Çin rəhbərinə başsağlığı məktubu ünvanlayıb və Çində aparılan sürətli tədbirləri alqışlayıb. Siz Azərbaycan prezidentinin məktubunu şəxsi internet səhifəsində də görə bilərsiniz”-deyən müvəqqəti işlər vəkili Azərbaycan ictimaiyyətini də epidemiya ilə bağlı təşvişə düşməməyə çağırıb.
Onun fikrincə, epidemiyanı aradan qaldırmaq daha asandır, nəinki təşvişin yaratdığı zədələri.
“Biz tez-tez görürük ki, Azərbaycanda şübhələnilən insanların temperaturu ölçülür, müayinə olunur. Biz bu məsələdə Azərbaycan tərəfi ilə həmfikirik”– deyə, Li Cin Sung bildirib.
Diplomat Azərbaycanın Çinə epidemiya ilə mübarizə sahəsində hər cür yardım göstərdiyini bildirib
.“Bildiyim qədər, Çində çoxlu tələbə təhsil alır. O, cümlədən Uxan şəhərində oxuyan 6 tələbə Türkiyənin hərbi nəqliyyat təyyarəsi ilə vətənlərinə gətirilib” -deyə, diplomat qeyd edib.
***
Bu günlərdə 30-dək Azərbaycan vətəndaşlna viza verilib
“Çinlə Azərbaycan arasında gediş-gəliş davam edir. Elə bu günlərdə 30-dək Azərbaycan vətəndaşına viza verilib. Bu da o deməkdir ki, epidemiya məsələsi insanları n səfər etmək istəyinə mane olmur”.
Bu fikirlər Li Cin Sunga məxsusdur.
O, əlavə edib ki, Çin səfirliyinin konsullq şöbəsi bundan sonra işini daha da gücləndirəcək ki, vətəndaşların səfərləri gecikməsin.

Ağanisə SULTAN
Etikxeber.az