“Artıq Mehmanı kameraya yerləşdiriblər” – VƏKİL

Hazırda həbsdə olan blogger Mehman Hüseynov vəkili Eıçin Sadıqovla görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda E.Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb:

“Bir az əvvəl Şüvəlan Təcridxanasında Mehman Hüseynovla görüşdüm. Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafat-“prikollarından” qalmır… Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi.
Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”.

Etikxeber.az

Read Previous

Azərbaycanda iki zəlzələ qeydə alındı

Read Next

Prezidentlə birinci vitse-prezident “Ürək Mərkəzi”nin açılışında iştirak etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir