“Artıq Qazaxıstanda erməni təxribatlarının şahidi olmaqdayıq…”-BƏHRUZ MƏHHƏRMOV YAZDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının tərkib hissəsi kimi Ermənistanın Qazaxıstana əsgər göndərməsi tarixin ironiyasıdır.

Bəli, ilk baxışda arqument irəli sürülə bilər ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün sülhməramlı heyətində təmsil olunmasında prinsipcə qeyri-adi heç nə yoxdur.

Amma detallı baxanda Ermənistan əsgərinin Qazaxıstanda mövcudluğu birmənalı olaraq qəbuledilməzdir.

Birincisi, Ermənistan Respublikasında antitürk təbliğatı milli ideologiyadır və bu dövlətin hətta, konstitusion səviyyədə türk dünyasına qarşı ərazi iddiaları mövcuddur.

Belə bir situasiyada qədim türk yurdu Qazaxıstanda Ermənistanın “sülh yaratma” missiyası şübhə doğurur.

Digər tərəfdən, son bir əsrdə ermənilərin Qafqaz, Kiçik Asiya, Cənubi Azərbaycan və Orta Asiyada türklərə qarşı terror hücumları bəri başdan onu deməyə əsas verir ki, erməni türk yurduna əmin-amanlıq gətirə bilməz.

Əksinə, artıq Qazaxıstanda erməni təxribatlarının şahidi olmaqdayıq və iki gün öncə Qazaxıstanda avtomobil dolu silah-sursat daşıyan erməni təxribatçı qrup yaxalanması əsl reallığı üzə çıxardı.

İkincisi, 30 il təcavüz və işğal siyasətindən əl çəkməyən, bu gün isə hər vəchlə Cənubi Qafqazda davamlı sülhə maneə yaratmağa uğursuz cəhdlər edən, 44 günlük savaşla isə özü sülhə məcbur edilən bir dövlətin Qazaxıstan kimi mürəkkəb geosiyasi məkanda sülh yaratmaq niyyəti nə qədər ciddi ola bilər?

Digər bir məqam, əgər məqsəd ixtişaşların qarşısını almaqdırsa, 10 mindən çox fərarisi olan bir ordunun döyüş ruhu qırılmış əsgəri Qazaxıstanda nə fayda verə bilər?

Əksinə, məğlub ruhlu erməni hərbiçisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları arasında xidmət tsiklinin qırılmasına, işin təşkilinə mənfi təsir edəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 673 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

Ermənistanla sərhəddə vəziyyət gərginləşib, adekvat cavab tədbirləri görülür-MN YENİ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir