“Artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq…” – HADİ RƏCƏBLİ

Əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək

Ölkədə əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Qeyd edək ki, bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında məlumat verilib.

Qeyd edilib ki, qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təkilf olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bununla yanaşı,adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, əlilliyin müəyyənləşdirilməsi məsələsi üzərində də işlər davam etdirilir:

hadi racabli-hadi

“Bir ildir ki, bu məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir. Çox müxtəlif variantlar irəli sürülür. Yəni, hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var.

Hazırda da müvafiq qurumlar, nazairliklər bu işlərlə məşğuldurlar.

Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Biz artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi, çatdırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var…” – XALQ YAZIÇISI

Read Next

“Yetər artıq…” – JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir