“Artıq xəstə süni nəfəs aparatından ayrılıb, beyindaxili qanama dayandırılıb…Nisbətən yaxşılaşma müşahidə edilsə də, hazırda vəziyyəti orta-ağır olaraq qalır…”-MİLLƏT VƏKİLİ

Biləsuvar rayon Amankənd kənd sakini, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını avtomobil vurmasına dair bir neçə media orqanında xəbər yayılmasından dərhal sonra vəziyyəti nəzarətə götürdük. Yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş vətəndaşın ailəsi ilə əlaqə yaratdıq, əmisi Fərhadla şəxsən danışdım. Habelə köməkçilərim tapşırığıma uyğun olaraq xəstəxanaya gedib müalicə həkimi ilə söhbət edərək, xəstənin vəziyyəti ilə maraqlandılar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, bu gün isə TƏBİB rəhbərliyi ilə əlaqə saxladım, müraciətimizə həssaslıqla yanaşıldı. Xəstənin vəziyyəti ilə şəxsən tanış olan qurumun şöbə müdiri bir az öncə mənə zəng edərək bütün mümkün tədbirlərin görüləcəyini bildirdi.

“Verilən məlumata görə, artıq xəstə süni nəfəs aparatından ayrılmış, beyindaxili qanama dayandırılmışdır. Nisbətən yaxşılaşma müşahidə edilsə də, hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır. Əziyyəti keçən həkimlərimizə təşəkkür edir, Nuridə xanıma Allahdan şəfa diləyirik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Məni tanımaya, qəbul etməyə bilərsiniz…Və ya Qızılhacılı haqqında-İKİNCİ (HƏM DƏ CAVAB) YAZIM…

Read Next

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir