Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Artıq evdə oturmaq, rahat dayanmaq zamanı deyil. Bütün dünya azərbaycanlılarına, xaricdəki soydaşlarımıza, diaspor nümayəndələrimizə müraciət edir və səslənirəm ki, yaşadınız, olduğunuz ölkələrdə erməni vandalizminə etiraz edin, küçələrə çıxın, əllərinizdə plakatklar tutun, şüarlar səsləndirin, dünyaya səslənin.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, qeyd edib ki, Xocalı qətliamını törədənlərdən, erməni vandallarından başqa-yaxşı heç nə gözləmək olmaz.
“Gecə, insanların yatdığı, hamının evində olduğu bir zamanda erməni və Ermənistan vandalları tərəfindən qəhrəman Gəncəmiz, dinc, mülki əhalimiz yenidən atəşə, raket zərbələrinə məruz qaldılar. Xocalını törədənlərdən bundan artıq nə gözləməyə dəyər ki?! 1992-ci ildə Xocalı soyqırımını “görməyənlər”, bu vəhşətə göz yumanlar heç olmasa, indi Gəncədə baş verənlərə, erməni vandalizminə, erməni vandallarına səssiz qalmasınlar!
Bütün gecəni qəhrəman gəncəlilər yatmayıblar, biz də yatmamışıq. Xaricdəki soydaşlarımıza, diasporamıza səslənirəm: artıq yatmaq, evdə oturmaq zamanı deyil. Küçələrə çıxsınlar, əllərində Gəncə hadisələrinin fotoları olan plakatları tutsunlar, etirazlarını bildirsinlər, dünyanın diqqətini növbəti erməni vandallığına yönəltsinlər. Hər kəs etirazını bildirməli, səssiz qalmamalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.


Etikxeber.az