“N brothers”in üzvünün atası dəhşətli qətl törətdi – YENİLƏNİB

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Etikxeber.az bildirir ki, Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q. Hüseynov saxlanılıb.

Etikxeber.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə isə qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

Etikxeber.az

 

Read Previous

“İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan…” – Tomas Müller

Read Next

“Daha çox biznes əlaqələrinə malik olmaq vacibdir” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir