Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunub. Bununla belə, ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam edir və qətiyyən arxayınlaşmaq olmaz. Azərbaycan vətəndaşları olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət etmək hər birimizin borcudur.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tural Gəncəliyev deyib.
Qeyd edib ki, hər bir vətəndaş həm özünü, həm də ətrafındakı insanların sağlamlığını qorumaq üçün zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır.
“Belə olduqda, vətəndaşlarımız həm özlərinin və ailələrinin sağlamlıqlarını qoruyacaq, həm də dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqlar.Azərbaycan xalqının bu çətinlikdən də alnıaçıq çıxacağına əminik”-deyə, o, əlavə edib.

Etikxeber.az





