“Arzuları gözlərində qalacaq…” – ELDAR İBRAHİMOV

Eldar İbrahimov: Parlamentdə 6 deputat yeri boşdur: lazım gəlsəydi, həmin yerlərə seçkilər keçirilərdi

Parlamentin buraxılacağı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi və bununla bağlı fövqəladə iclasın keçiriləcəyi ilə bağlı deyilənlər tam əsassız, cəfəngiyyatdır. Belə bir məsələ gündəlikdə yoxdur və heç buna ehtiyac da duyulmur. Bu barədə Milli Məclisin Mətbuat Xidməti də açıqlama yayıb, orada hər şey öz əksini tapıb. Bu məsələni ortaya atanların məqsədi, sadəcə, ölkədə sabitliyi pozmaqdadır. Amma onların cəhdləri, niyyətləri əvvəllər olduğu kimi, bu dəfə də baş tutmayacaq.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsininsədri, professor, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib.

YAP funksioneri bildirib ki, bu il parlamentin növbədənkənar sessiyanın iclaslarının iyul ayına uzanması da qanunların çoxluğu ilə əlaqədardır.

MECLIS_OQTAY_YENI

eldar-5

“Bu il işlənəcək çoxlu qanun layihələri olduğuna görə, növbədənkənar sessiyanın iclasları iyulun 15-nə qədər uzandı. Bu ay daha iki iclas keçiriləcək-iyulun 9-u və 12-də. Burada da elə bilirəm ki, qeyri-adi heç nə yoxdur. Nə qədər iclas keçirəcəyi, iclasların nə vaxta qədər davam edəcəyi də parlamentin özünün səlahiyyətində olan bir məsələdir. Burada heç bir müdaxilə, tapşırıq yoxdur. Eyni zamanda, millət vəkilləri iyuılun 15-dən yay tətilinə çıxacaqlar.

Ona görə parlamentin buraxılacağı ilə bağlı məlumat yayanların arzuları gözlərində qalacaq. Parlamentin buraxılması haqda söhbət gedə bilməz, parlament işləyir. Bildiyiniz kimi, parlamentdə 6 deputat yeri boşdur. Lazım gəlsəydi, həmin yerlərə seçkilər keçirilərdi. Odur ki, vaxtı, zamanı gələndə də növbəti seçkilər keçiriləcək. Bu cür söhbətləri yayanlar tək kəlməylə ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Amma niyyətləri alınmayacaq, baş tutmayacaq”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Leyla Əliyeva doğum günündə uşaqlarla rəqs etdi – FOTOLAR

Read Next

Prezident deputatları təltif etdi – SƏRƏNCAM – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir