Asəf Hacıyevdən və Eldar Quliyevdən gürcülər və girovlarla bağlı – AÇIQLAMALAR

Gürcülərin geri dönməsinə münasibət bildirildi, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun məsələsi qaldırıldı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM)  baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəriniyarımçıq qoyaraq Tbilisiyə qayıtmasına münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, o,  deyib ki, Gürcüstanda gözlənilməz hadisələr başlayıb, Gürcüstan nümayəndə heyətinin ölkəyə qayıtması bununla bağlıdır:

“Gürcüstan parlamentinin spikeri Azərbaycanda rəsmi səfərdə idi. Rəsmi səfər dayandırıldı. Spiker dünən ölkəsinə döndü. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmir. Çünki bir neçə sənəd yekdilliklə qəbul edildi, bir ölkənin orada olmamasının buna təsiri yoxdur”.

asaf

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub. Dünən keçirilən aksiyada gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik. Baş Assambleyanın sessiyası İrəvanda keçirilmişdi, biz orada iştirak edirdik. Amma biz burada erməni nümayəndələrini görmürük”.

Bunu isə  QDİƏT PM-in Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev deyib.

O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini də qaldırıb: “Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”.

E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq Azərbaycan itkilərə məruz qalır: “Bu yaxınlarda iki hərbiçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.

E.Quliyev Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: “Zəruri halda Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Kiminlə işləyib, işləməyəcəyinə prezident özü qərar verir” – MİLLƏT VƏKİLİ

Read Next

“Ermənilər oyun oynayırlar…” – ASƏF HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir