Əsgərovun avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xidməti avtomobili ilə bağlı cərimələr günü- gündən artır.

Etikxeber.az Avtosfer.az-a istinadən xəbər verir ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində Asif Əsgərovun «BMW» markalı, 10 AA 814 dövlət nömrə nişanlı xidməti avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb. Onların ümumi cərimə məbləği isə 1400 manatdan çoxdur. Bu cərimələrin yarıdan çoxunda bal nəzərdə tutulduğu üçün avtomobili idarə edən sürücüyə 20-dən artıq bal düşür. Bu isə o deməkdir ki, başçının sürücüsünün sürücülük hüququ məhdudlaşdırıla bilər. Çünki qanunvericliyin tələbinə görə, 20 və daha artıq bal topladıqda nəqliyyat vasitəsini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

Qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması, qarşı yola çıxmaq və svetoforun qadağanedici siqnalının tələbini pozmaq ilə bağlıdır.

Etikxeber.az

Read Previous

Xristian siyasətçi Livanda iki ildən çox boş qalmış prezident postuna seçilib

Read Next

Lənkəranda yaralı vəziyyətdə tapılmış qartal Hirkan Milli Parkına təhvil verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir