Asiman Qurbanlı ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırdı – YENİLƏNİB

İyunun 29-da – “Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan boksçusu Loren Alfonso Domigez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb.

Etikxeber.az xəbər verir ki, Oyunlarda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittaker ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gələn boksçumuz “Minsk 2019”da komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.

***

Karateçimiz Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci görüşdə almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən A.Qurbanlı sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. O, yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Qeyd edək ki, A.Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il il Karate 1 A Seriyası turnirlərinin qalibi adını qazanıb.

Bununla da Azərbaycan millisi “Minsk 2019” ikinci Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb. Qızıl medalları ölkəmizin aktivinə güləşçilərimiz Mahir Əmiraslanov, Hacı Əliyev, Mariya Stadnik, boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.

asiman-1

asiman-2

Etikxeber.az

Read Previous

Təltif edilənlər arasında Milli Qəhrəman və millət vəkilinin də oğlu var – SİYAHI

Read Next

“Sülh və stabillik üçün parlamentarilərin dialoqu” başlayır – MOSKVADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir