Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirəcək Avrasiya Tuneli istifadəyə veriləcək

İstanbulda Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirəcək Avrasiya Tuneli dekabrın 20-də istifadəyə veriləcək.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun nəqliyyat problemini köklü həll edəcək tunelin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobil ilə 15 dəqiqəyə qət etmək mümkün olacaq.

Dənizin 106 metr dərinliyində tikilən Avrasiya Tuneli ikimərtəbəli yol ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Layihənin ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altına xüsusi texnologiya ilə inşa edilən ikimərtəbəli tuneldən ibarətdir.

Avrasiya Tunelinin istifadəyə verilməsi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və digər ölkələrdən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Azərbaycan boksçuları dünya kubokuna sahib oldu

Read Next

Adam, çox ciddi adam…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir