“Aşk sadece bir an” romantik dramı yalnız “CineMastercard”da!-FOTO-VİDEO

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində emosiyalar fırtınası və əsl ajiotaj yaradan “Aşk sadece bir an” türk romantik dramının nümayişi keçirilir.

Etikxeber.az xəbər verir ki, ekran əsərinin rejissoru Mustafa Kotan, ssenaristi Aslı Zengindir.

Baş rollarda Emirhan Çakal, Nilsu Berfin Aktaş, Gonca Vuslateri, Emre Kınay və Tuba Ünsal çəkilib.

Süjet xəttinə gəlincə, barda işləyən Rüzgarın həyatı, bir gün dostunun yerinə taksi sürməsi ilə tamamilə dəyişir. Taksidə tanış olduğu Hayal ilə bir-birlərinə aşiq olurlar. Ancaq Hayalın ailəsi Rüzgarın qətl hadisəsində günahlandırıldığını öyrənir və bu münasibətə icazə vermir.

Əslində Rüzgarın anasını öldürən atası olsa da, günah onun üzərinə atılıb. Hayalın atası onu qızından uzaq durmaqla hədələsə də, Rüzgar sevdiyi qadından əl çəkmir. Münasibətləri davam edərkən Rüzgar motosiklet yarışında qəza keçirir və reanimasiyaya yerləşdirilir.

Bu fürsətdən istifadə edən Hayalın ailəsi qızlarını başqa şəhərə aparır.

Lakin onların yolları bir gün yenidən kəsişəcək.

Filmin yaş həddi 18+ təyin olunub.

Etikxeber.az

Read Previous

50 yaşının tamamında, mövludunun 31-ci ilində-BAKILI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY ELŞAD ƏLİYEVLƏ BAĞLI TEXNİKİ UNİVERSİTETDƏ TƏDBİR DÜZƏNLƏNƏCƏK…

Read Next

Şaxta olacaq, yollar buz bağlayacaq-XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir