Aşkar edilən zəlilər təbiətə qaytarılacaq

Astara Gömrük İdarəsində İran İslam Respublikası vətəndaşı Zahedi Qulamrza Əbülfəzl oğlunun idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı avtobusun yük yerində olan yataq dəstinin arasındakı qara rəngli əl çantasının və avtobusun arxa hissəsində, mühərrikin yan tərəfində 2 ədəd plastik materialdan olan vedrənin içərisində gömrük nəzarətindən gizlədilən 31 ədəd parça torbada “Hirudo medicinolis” növ zəlilər aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən “Hirudo medicinolis” növ zəlilərin ümumi sayının 29000 ədəd olduğu müəyyən edilib.

Aşkar edilən zəlilər saxlanılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həmin zəlilərin bioloji mühafizəsi təmin edilib. Münasib şərait yaradıldıqdan sonra, qeyd edilən zəlilər Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə təbiətə qaytarılacaq.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Amerikalı jurnalist: “Prezidenti təhqir etdiyim üçün ondan 2023-cü ildə üzr istəyərəm…”

Read Next

Sinoptiklər xəbərdarlıq edir: sulu qar, qar yağacağı gözlənilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir