Aslanlıdan açıqlama: “Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək”

“Azərbaycanda kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək”.

Etikxeber.az  xəbər verir ki, bu barədə  sentyabrın 19-da  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, ölkənin bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar kredit bürolarının yaradılması məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Qeyd edək ki, Azərbaycanda ilk kredit bürosunun yaradılması zamanı İslandiya modelindən istifadə olunacaq.

Etikxeber.az

Read Previous

Rüfət Aslanlı: “Kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq”

Read Next

Daha 3 nəfər Prezident təqaüdü alacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir