“AŞPA artıq Ermənistana qarşı sərt addımlar atmalıdır” – DEPUTATDAN TƏLƏB

“AŞPA-da Liberal Qrupun toplantısında çıxış edərək Ermənistanın işğalçılıq siyasətindən və “İsgəndər” raketləri nümayiş etdirməsindən danışdım və təşkilatı işğalçı Ermənistanın əməllərinə biganə münasibətə son qoymağa, sərt addımlar atmağa çağırdım”.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

“Həmkarlarımın diqqətinə ötən sessiyadan keçən dövr ərzində Cənubi Qafqaz bölgəsində baş verən bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər”– deyə, qeyd edən millət vəkilinin bildirdiyinə görə,  neçə illər keçməsinə baxmayaraq heç bir nəticə və irəliləyiş yoxdur.

“Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın Asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsi, işğal etdiyi torpaqları azad etməməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və Assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Ermənistan nəinki beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmır tam əksinə bu günlərdə Ermənistanda tədbirlər çərçivəsində “İsgəndər” raketləri nümayiş etdirilib. Bu ağır müharibə silahları Ermənistanın nəyinə lazımdır? İşğalçı ölkə onları nümayiş etdirməklə nə demək istəyir? Bu məsələlərə təşkilatımız xiddi reaksiya verməlidir”.

O, çıxışında həmçinin deyib ki, bu addımlar bir daha göstərir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmək, münaqişənin sülh, danışıqlar yolu ilə həlli istiqamətində addımlar atmaq istəmir.

“Liberal Qrup və ümumiyyətlə, AŞPA bu məsələyə laqeyid qalmamalıdır, ciddi etiraz bildirməli, addımlar atmalıdır. Təşkilatların prinsiplərini yerinə yetirməsi üçün işğalçı Ermənistana qarşı təzyiqlər daha da artmalıdır. Amma təssüf ki biz bunu görmürük və beynəlxalq təşkilatların bu biganəliyi nəticəsində işğalçı ölkə işğalçılıq əməllərini, təxribatlarını davam etdirir və bundan çoxlu sayda insanlar, bölgə əziyyət çəkir. Avropa Şurası bu məsələyə laqeyid yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin, 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi bəlkə də bu günə qədər yüzlərlə mülkü insan öz həyatını itirməyəcəkdi.

Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100- minlərlə azərbaycanlı qaçqın və məcburu köçkünlər AŞPA-dan bunu gözləyir və buna çağırırlar. Onlar AŞPA-nı Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi üçün rəsmi İrəvana ciddi təqyiq göstərməyə çağırır və sizdən bunu gözləyirlər. Onlar AŞPA-dan qəbul etdiyi 1416 saylı qərarın yerinə yetirilməsi üçün işğalçı Ermənistana təzyir göstərməyə çağırırlar və anlamırlar ki, AŞPA nədən təşkilatın prinsiplərini pozaraq digər bir üzv Azərbaycanın torpaqlarının işğal edən Ermənistana qarşı heç bir ciddi sanksiyalar tətbiq etmir, addımlar atmır. İnsanlar təşkilatda ikili standartların olduğunu açıq söyləyirlər.

Çünki təşkilata üzv Azərbaycanın torpaqlarının 20 fazini uzun illərdir işğalda saxlayan, 1 milyon azərbaycanlı məcburi köçkünün evinə dönməsinə imkan verməyən işğalçı Ermənistana qarşı heç bir addımların atılmamasını anlaya bilmirlər. Kimsə bunun səbəblərini anlada bilərmi buradan onlara? Təşkilatın prinsiplərini pozan ölkələr arasında fərq qoyulmamalıdır və biz Ermənistanın işğalçı və təxribatçı addımlarına qarşı ciddi addımlar atmağa çağırırıq. Ümid edirik ki Liberal Qrupdakı həmkarlarımız bu istiqamətdə ədalətə, Azərbaycanın haqlı mövqeyinə daha çox dəstək verəcəklər”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yevda Abramov: ” Bu fakt İsrailin ölkəmizə münasibətinin göstəricisidir”

Read Next

Azərbaycan ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısını alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir