AŞPA bürosunda Lətif Hüseynovun namizədliyi təsdiqləndi

Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) azərbaycanlı namizədin məsələsinə baxılıb.

Etikxeber.az-ın APA-nın Avropa bürosuna istinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Lətif Hüseynovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voysex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPAAzərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Etikxeber.az

Read Previous

Prezident oktyabrın axırlarında Yaponiyaya səfər edəcək

Read Next

MN: “Münaqişə zəminində erməni zabit atəş açaraq tabeliyində olan əsgəri qətlə yetirib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir