AŞPA Bürosunun və Daimi Komitəsinin iclaslarında Azərbaycan nümayəndə heyəti də iştirak edib

İspaniyanın paytaxtı Madriddə keçirilmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclaslarında Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Etikxeber.az-ın xəbərinə görə, iclaslarda Türkiyədə konstitusiyaya ediləcək dəyişikliklərlə əlaqədar keçiriləcək referendum, Bolqarıstanda və Albaniyada parlament seçkiləri, Rusiyanın AŞPA-ya yenidən qayıtması, son dövrlər Avropada artan populizm, radikalçılıq meyilləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Daimi Komitənin üzvləri İspaniyanın AŞPA-ya üzvlüyünün 40 illiyi münasibətilə Kral VI Felipe tərəfindən “El Pardo” kral iqamətgahında keçirilən tədbirdə iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin 2004-cü ildə Madridin Atoça dəmir yolu vağzalında törədilmiş terror aktı qurbanlarının xatirəsinin yad olunması mərasiminə qatılıblar.

Etikxeber.az

Read Previous

Fikrət Qocanın oğlu öldürülüb, üç nəfər həbs olunub – DİN – YENİLƏNİB

Read Next

Beyləqanda məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir