Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Etikxeber.az-ın xəbərinə görə, AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov – nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.







Qeyd edək ki, Kamal Cəfərov və son iki çağırış MM-in üzvü Pərvin Kərimzadə ilk dəfədir ki, nümayəndə heyətində təmsil olunurlar.
Onlar Yeni Azərbaycam Partiyasının (YAP) təmsilçiləri olaraq, spiker Sahibə Qafarova və Naqif Həmzəyevi əvəzləyiblər.
Bitərəflərdən Nigar Arpadarai,Tural Gəncəliyev, Könül Nurullayeva isə sabiq millət vəkilləri Çingiz Qənizadə, Elşad Həsənov və Ülviyyə Ağayevanı əvəzləyiblər.
Eyni zamanda, MM-in Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva da AŞPA-dakı nümayəndə heyətindən gedib.
15 il Azərbaycanı bu qurumda uğurla təmsil edən xanım Paşayeva bu dəfə yeni tərkibdə olmayacaq.

Eyni zamanda, yeni seçilənlər arasında Erkin Qədirli (qeydiyyata alımayan REAL-ın üzvü) də var.
Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.
12:31
***
“Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə seçilməyimlə bağlı:1. Nümayəndə heyəti hələ təsdiqlənməyib. Heyətin səlahiyyətləri AŞPA-da təsdiqlənməlidir. 2. AŞPA-dakı tələblərə görə nümayəndə heyətinin tərkibi belə olmalıdır: 1/3 iqtidar, 1/3 müxalifət, 1/3 müstəqillər. Ayrıca, heyətin 1/3-i qadınlar olmalıdır. Heyətimizdə 12 üzv var. Hər qrupdan 4 nəfər olmalıdır. Təəssüf ki, ReAl-ın rəsmi qeydiyyatı olmadığından mən müxalifət qrupuna aid oluna bilmirəm (AŞPA-da qayda belədir). Odur ki, səlahiyyətlərim təsdiqlənərsə, AŞPA-da müstəqillər qrupunda olacağam”.
Bunu isə E. Qədirli bir az öncə sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





