“AŞPA-dakı nümayəndə heyəti olaraq, Türkiyəylə bağlı qərarı pisləyirik” – DEPUTAT

“Türkiyə Cümhuriyyətində cərəyan edən  proseslərin monitorinqə cəlb olunması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir. Türkiyə hökuməti  Qərb təşkilat və institutları ilə dialoq və əməkdaşlığın  gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu bir zamanda teskilatın bu cür haqsız qərar qəbul etməsi daha böyük problemlərə gətirib cıxara bilər”.

SAHIBA-ASPA

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, AŞPA-nın qurucularından biri olan Türkiyə çox böyük demokratik ənənələrə sahib olan bir ölkədir.

Onun sözlərinə görə, son dövrlərdə nə qədər çətin bir mərhələni, mürəkkəb prosesləri yaşasa da Türkiyə Cümhuriyyəti demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdadır.

Sahiba Gafarova

“Ona görə də düşünürəm ki, ASPA-nın bu müsbət addımları görməzdən gəlməsi, regionda və qitədə onsuz da kifayət qədər həssas olan situasiyanı düzgün dəyərləndirməməsi, bəsit siyasi maraqlara xidmət edən qərar qəbul etməsi ASPA-nın özünə də  başucalığı gətirmir. Biz çıxışlarımızda dəfələrlə  qeyd etmişik ki, son dövrlər Qərbdə, Avropa təskilatlarında islamofobiya, antimüsəlman əhval- ruhiyyəsi yüksəlir və bu gələcəkdə çox təhlukəli nəticələrə səbəb ola bilər. Bu qərar da bir daha bizim narahatçılığımızın nə qədər  haqlı olduğunu göstərdi. Əlbəttə, Türkiyə böyük dövlətdir və elə Avropanın özündə baş verən proseslərdə də güclü mövqeyə malikdir.

turkiye-bay

Bu tip qərarla Türkiyəyə təsir etmək, onu öz siyasətindən çəkindirmək mümkun deyil. İnanmaq istəyirəm ki, AŞPA-dakı saglam qüvvələr, cılız siyasi məqsədlərin arxasınca düşməyən, təşkilatın rəhbər dəyərlərinə sadiq olan insanlar bundan sonra vəziyyəti düzgün qiymətləndirəcək, təşkilatın nüfuzuna ciddi xələl gətirə biləcək bu yöndə qərarlara qarşı lazımi müqavimət göstərəcək. Şübhəsiz ki, Azərbaycan həmişə olduğu  kimi yenə də Türkiyənin yanındadır və AŞPA-dakı nümayəndə heyəti olaraq bu qeyri-obyektiv qərarı pisləyirik”– deyə, S.Qafarova vurğulayıb.

aspaaaaa

Hikmət Babaoğlu: “AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir”

 

hikmet_babaoglu

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da bildirib ki, AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. Zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində imperializmin maraqlarına xidmət edir.

O, deyib ki, mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu cür qurumlara cəlb olunur və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq, yəni, dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır.

“Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa İttifaqının bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlar, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir, Yaxın Şərqdə başlatdıqları idarəolunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışırlar. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir.

Bu müharibə idarəolunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir”.

Hikmet babaoglu

Deputat onu da qeyd edib ki, belə şantajlara Azərbaycan da zaman-zaman məruz qalıb.

“Siyasi məhbus manipulyasiyası, məşhur Ştrasser monitorinqi kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək, Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamofob fəlsəfə ilə idarə olunur. Müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə bitməsinə isə başlıca maneə Türkiyədir. Məsələnin kökündə bu dayanır. Ona görə, bundan sonra da Qərb imperializminin hücumları davam edəcək…

Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və çox ayıq olmalıyıq. Yeni birliklər yaratmalıyıq. TürkPA, Türk Şurası kimi təşkilatlarımızı gücləndirməli və birgə addımlar atmalıyıq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə, Qərb imperializminin müharibə maşını bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almağa davam edəcək” – deyə, H.Babaoğlu sonra bildirib.

Etikxeber.az

Read Previous

Yenə bir araya gəlirlər…

Read Next

Türkiyəli deputatlar AŞ PA-nın sessiyasında iştirak etməyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir