AŞPA ikinci turda Assambleyanın yeni rəhbərini seçə bilmədi

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) payız sessiyasında sədr seçkilərinin ikinci turunda Assambleyanın yeni rəhbərini seçə bilməyib.

Etikxeber.az RİA Novosti Agentliyinə istinadla xəbər verir ki, üçüncü tur sabah səhər keçiriləcək. AŞPA sədrinin səlahiyyətlərini icra edən Rocer Heylin məlumatına görə, ümumilikdə 191 bülleten verilib, onlardan biri etibarsız sayılıb. Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) 69 səs alıb. Namizədlərin heç biri mütləq çoxluğu, yəni 152 səsi toplaya bilməyib. “Sabah səhər biz növbəti səsvermə turunu keçirəcəyik. Orada qələbə üçün sadə səs çoxluğu yetərli olacaq”, – deyə Heyl bildirib.

Xatırladaq ki, Pedro Aqramuntun könüllü istefasından sonra AŞPA-nın sədri postuna Kiriakides və Zinqerisin namizədliyi təklif edilib.

Etikxeber.az

Read Previous

YUNESKO-nun baş direktoru postuna seçkilər: İlk turu nəticə vermədi

Read Next

“Azərbaycan həmişə zirvələrdə olacaq” – İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir