Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Gürcüstanda keçirilən parlament seçkilərində hələlik elə bir ciddi qanun pozuntusu ilə qarşılaşmayıb”.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) deputatı, AŞPA-nın müşahidə missiyasının üzvüSabir Hacıyev söyləyib.
Deputat bildirib ki, müşahidə missiyası səhər 7:30-da məntəqələrdə olub. Səsvermə ilə əlaqədar bütün texniki məsələlər yüksək səviyyədə təşkil edilib. Seçicilər səsvermədə fəal iştirak edirlər.
“Biz AŞPA-nın müşahidəçiləri olaraq Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun kəndlərində müşahidə apardıq. Səsvermə tam sakit və demokratik keçir. Ciddi qanun pozuntusu qeydə alınmayıb. Azərbaycanlı seçicilər də Gürcüstanın ictimai-siyasi həyatında mühüm hadisə olan seçkilərdə fəal iştirak edirlər. AŞPA-nın müşahidə missiyası oktyabrın 9-da seçkilərin təşkili və səsvermə ilə əlaqədar yekun rəyini açıqlayacaq”– deyə, S.Hacıyev qeyd edib.
Etikxeber.az