AŞPA mövqeyini dəyişməli, bütün üzv ölkələrə eyni gözlə baxmalıdır – SAHİBƏ QAFAROVA

AŞPA-nın yaz sessiyasının ilk günündə keçirilmiş sərbəst debatlarda heç bir avropalı deputat Ermənistanda baş verən hadisələrdən danışmadı. Bunu belə də gözləyirdik. Çünki həmişə bu qurumda ikili standartlarla üzləşmişik.

Bu fikri Etikxeber.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib.

O deyib:

“AŞPA-da bu hadisələrlə bağlı susqunluqdan təəccüblənmədik. Çünki belə halların çox şahidi olmuşuq. Ermənistan 25 ildir Azərbaycan torpaqlarını işğal edib. Artıq Azərbaycanın və işğalçı Ermənistanın AŞPA-nın üzvlüyünə qəbul edilməsindən 17 il ötür. Bu illər ərzində qurumda bu məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb.

Bu gün Ermənistanda baş verən hadisələr də məhz belə mövqeyin nəticəsidir. Ermənistana həmişə loyal münasibət olub. Ermənistanda baş verən belə ciddi aksiyalara, hadisələrə AŞPA-da göz yumulur və heç bir reaksiya verilmir.

Bu qurum mövqeyini dəyişməli, bütün üzv ölkələrə eyni gözlə baxmalıdır”.

Etikxeber.az

Read Previous

İlham Əliyev Türkiyəyə səfər etdi – FOTO

Read Next

Əliyev Ankaradakı Heydər Əliyev Parkında mərhum prezidentin abidəsini ziyarət etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir