“AŞPA müşahidəçiləri hər şeyi öz gözləri ilə gördülər…”- SAHİBƏ QAFAROVA

“Avrora Şurası Parlament Assambleyasında “Zorakılıqdan Azad Qadınlar”  Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA-a üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin, həmçinin, demokratiya namişə tərəfdaşların təmsilçilərindən ibarərdir. Bu şəbəkəyə də AŞPA-nın Qadınlara zorakılığa qarşı mübarizə üzrə baş məruzəçisi və siyasi koordinator rəhbərlik edir”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahibə Qafarova adıçəkilən Şəbəkə ilə Milli Məclisin (MM) sentyabrın 28-də birgə təşkil etdiyi “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” adlı seminarda çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, bu Şəbəkənin məqdəsi Avropada və dünydad qadınlara zorakılıq hallarına qarşı mübarizə aparmaqdır.
“Bu şəbəkənin AŞPA-nın sessiyaları, iclasları dövründə öz yığıncaqları keçirilir, eyni zamanda, ayrı-ayrı formatlarda tədbirləri olur. AŞPA-nın baş məruzıçisi və şəbəkənin siyasi koordinatoru olaraq da növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verdim. Bu tədbirin də Azərbaycanda keçirilməsinə şərait yaradılması üçün Milli Məclis rəhbərliyinə öz dərin minnətdarlığı bildirirəm. 
Onu da qeyd edim ki, bu tədbir Azərbaycanda çox mühüm təbdir ərəfəsinə təsdüf etdi. Bildiyiniz kimi, iki gün öncə Azərbaycanda referendum keçirildi və Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi, referendumda Konstitusiyaya edilən dəyişiklərə öz müsbət münasibətini ifadə etdi. 
Həmin seçkiləri, referendumu müşahidə edənlər arasında bugünkü tədbirimizə qatılan AŞPA Müşahidə Missiyasının üzvləri də var. Onlar 8 nədfərdən ibarətdir və özlləri də referendumu yaxından izləmək imkkanlarına malik oldular, hər şey öz gözləri ilə izlədilər, gördülər. Bizlərə də çox sualları oldu, suallarına da cavab aldılar”-deyə, S.Qafarova daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

“Azərbaycanda mütləq bir Türk Kitab Evinin açılmasına ehtiyac var”-Qənirə PAŞAYEVA

Read Next

Mehdiyevin deputat kürəkəni: “Mərkəzi Bank məsuliyyət daşıyır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir